Bakı şəhərində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürüb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnir idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayır.
U17 və U14 liqaları daxil olmaqla, yarışlarda Naxçıvan Muxtar Respublikasından 2 məşqçi və 9 idmançının iştirakı qeydə alınıb. İdmançılardan biri artıq mükafatçılar sırasına düşüb. Belə ki, qızların yarışında 40 kq çəki dərəcəsində çıxış edən Ləman Bağırova gümüş medal qazanmağa müvəffəq olub.
Qeyd edək ki, U17 liqası davam edir, U14 liqasına isə mayın 23-də start verilməsi nəzərdə tutulub. 14 yaşadək cüdoçular arasında Naxçıvanı 6 idmançı təmsil edir.